RU

ABŞ-dan Türkiyəyə sərt reaksiya: “Qəbuledilməzdir”

ABŞ Türkiyənin Fələstin HƏMAS Hərəkatı ilə münasibətlərini məqbul saymır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Fələstin hərəkatının Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi ilə bağlı iddianı şərh edən sözçü bildirib ki, ABŞ HƏMAS-ın bir sıra liderlərinə qarşı ittiham irəli sürüb və Vaşinqton onların Amerikaya ekstradisiya edilməli olduğuna inanır.

Miller HƏMAS və Türkiyə arasındakı əlaqələri qəbuledilməz hesab etdiklərini söyləyib.

Qeyd edək ki, mediada yayılan iddia Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təkzib edilib.

“HƏMAS Siyasi Bürosunun üzvləri vaxtaşırı Türkiyəyə səfər edirlər. Amma HƏMAS Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddia həqiqəti əks etdirmir”, - Türkiyənin xarici siyasət qurumunun məlumatında belə qeyd olunur.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
10
teleqraf.com

1Источники