Rusiyada COVID-19-a yoluxma bir həftə ərzində 21,6% artıb
"Operativ Media" xəbər verir ki, bu barədə COVID-19-la mübarizə ilə bağlı hökumət yanında yaradılmış "Rospotrebnadzor" idarəsi məlumat yayıb.
İdarə bildirib ki, Rusiyada 25,4 mindən çox COVID-19-a yoluxma halı qeydə alınıb ki, bu da ötən həftə ilə müqayisədə 21,6% çoxdur.
Şöbə, COVID-19-un yeni variantı – XEC ilə bağlı monitorinqlərə davam etdiklərini bildirib.