RU

"VMR Medical Center" 30 min manata kimi -  CƏRİMƏ OLUNA BİLƏR

"VMR "VMR Medical Center" 30 min manata kimi -

"VMR Medical Center" MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) inzibati xəta protokolu tərtib olunub.

E-saglam.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 210.1-ci  maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə görə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2 min manatdan 3 min manatadək məbləğdə, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək məbləğdə, hüquqi şəxslər 20 min manatdan 30 min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon məhkəməsində hakim Hafiz Kamranovun icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 29 noyabr  2024-cü il, saat 16:35-ə təyin edilib.

© fed.az

E-saglam.az

Избранный
11
1
e-saglam.az

2Источники