RU

Ermənistanda istefalar davam edir...

Daxili İşlər Nazirliyinin rəhbəri (proqnozda səhv etmişəm...), Sledkomun (İstintaq komitəsi - ANSPress), Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri, Ali Məhkəmənin rəhbəri, ərazi idarəsi naziri (ən çox pulun olduğu yerdə) istefa verdi... Biz hələ də yeni istefalar gözləyirik...

Qırxılmış saqqal hakimiyyət dəyişikliyinin xəbərçisi və Paşinyanın yeni imicini formalaşdırmaq cəhdinə çevrildi...

Ümumiyyətlə, təhlükəsizlik blokunun rəhbərliyini istefaya göndərmək və xarici səfərə uçmaq təhlükəli işdir...

Bəs Paşinyan təsərüfatı kimin ohtəsinə buraxır?

İlk baxışdan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Hökumət Aparatının rəhbəri Arayik Arutyunyan mövqelərini gücləndiriblər... Görək, rəislərini itirmiş nazirlik və idarələrə yeni rəhbərlər hara təyin olunacaq...

Hakim partiyadan bir neçə deputatın istefaya getməsi də mümkündür...

Hökumətdəki dəyişikliklərdə xarici siyasət kontekstini axtarmaq hələ tezdir. Yaxşı, bəlkə ancaq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri “Soros qrupu”na yaxın sayılırdı.

Həm Təhlükəsizlik Şurasının katibi, həm hökumət aparatının rəhbəri, həm də Rusiya ilə münasibətlərə cavabdeh olan baş nazirin müavini Mher Qriqoryanın təmsil olunduğu qərbpərəstlər yerində qaldı...

Paşinyan şəxsi hakimiyyətini gücləndirir...

Избранный
8
anspress.com

1Источники