RU

Bu sahəyə 205 milyon manata ayrılacaq - Nazir

2025-ci ildə Azərbaycanın xaricdəki səfirliklərini və konsulluqlarının saxlanılmasına 205 milyon manata ayrılması nəzərdə tutulur.

Ölkə.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir əlavə edib ki, 2025-ci ildə xarici ölkələrdə ticarət nümayəndəliklərinə 8 milyon manata ayrılması nəzərdə tutulur. “Növbəti ilə də ölkədə beynəlxalq tədbirlərin keçirilməsinə 238 milyon manata, regional və beynəlxalq təşkilatlara üzvlük haqqı kimi 32 milyon manat ayrılması nəzərdə tutulur”, - nazir qeyd edib.

Mürtəza
Ölkə.Az

Избранный
23
olke.az

1Источники