RU

"Avropada çıxış etmək istəyirəm" - “Qarabağ”ın milli oyunçusu

"Təəssüflər olsun ki, qələbə qazana bilmədik.

Mütləq qalib gəlməli idik. Komanda şəklində məyusuq.

Deyə biləcək çox şey yoxdur. Sadəcə olaraq çox çalışmaq, vəziyyəti düzəltmək lazımdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının üzvü Bəhlul Mustafazadə Estoniya ilə matçdan sonra səsləndirib.

"Qarabağ"ın müdafiəçisi hazırkı millinin potensialı olduğunu, lakin daha çox çalışmaq lazım gəldiyini bildirib:

"Qəbələ qazanmayandan sonra nə qədər potensial olmasının önəmi yoxdur. Kifayət qədər çalışmaq lazımdır. Futbolçular olaraq özümüzü daha çox inkişaf etdirməliyik. Avropaya uyğunlaşmaq lazımdır".

Bəhlul Mustafazadə azərbaycanlı futbolçuların legioner həyatı yaşaması haqda da danışıb. 27 yaşlı mərkəz müdafiəçisi bunun üçün uyğun komandanın olmasının vacibliyini qeyd edib:

"Əlbəttə ki, Avropada çıxış etmək istəyirəm. Kimdən soruşsanız, hamının hədəfi budur.

Deməklə də olmur. Uyğun komanda olsun ki, gedib tez də qayıtmayasan, oradan daha da irəli gedəsən".

Избранный
9
1
sportinfo.az

2Источники