RU

Nebenzya: "London Kiyevi qaçılmaz məğlubiyyətə sürüklədi"

"Böyük Britaniya Ukraynanı Rusiya ilə davamlı qarşıdurmaya və qaçılmaz məğlubiyyətə doğru sürüklədi". Bunu Rusiya Federasiyasının BMT-dəki (BMT) daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Nebenzya xatırladıb ki, hərbi münaqişə başlayandan sonra Böyük Britaniyanın o zamankı baş naziri olan Boris Conson Kiyevə səfər edib və Ukrayna lideri Vladimir Zelenskini İstanbulda Rusiya Federasiyası ilə sülh sazişi imzalamaqdan çəkindirib.

"Məncə, Ukraynadakılar unutmayacaqlar ki, məhz bu cür hərəkətlər sayəsində ölkə bu gün dəhşətli iqtisadi vəziyyətə düşüb. Bu səbəbdən Ukrayna ordusunun və hərbi texnikasının böyük hissəsini itirib və ən azı dörd regionu əldən verib", - Nebenzya bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
14
news365.az

1Источники