RU

Repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard manatı ötən - 6 ŞİRKƏT

Bakı Fond Birjası bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin repo əməliyyatları üzrə dövriyyələrinin həcmini açıqlayıb.

FED.az BFB-yə istinadən xəbər verir ki, 6 investisiya şirkətinin repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard manatdan çoxdur.

Belə ki, “ABB İnvest İnvestisiya Şirkəti” 38,6 milyard manatdan çox göstərici ilə 1-ci yerdə dayanıb.

“Paşa Kapital İnvestisiya Şirkəti” repo əməliyyatları üzrə dövriyyəsi 15,2 milyard manat ilə ikinci yerdə olub.

“Assist Finance İnvestisiya Şirkəti” 3,8 milyard manatla ilk üçlüyə daxil olub.

“CPM-İnvest İnvestisiya Şirkəti” təxminən 2 milyard manatla 4-cü pillədə qərarlaşıb.

“Unicapital İnvestisiya Şirkəti”nin səhmlər üzrə dövriyyəsi 1,8 milyard manat, “AzFinance İnvestisiya Şirkəti”ndə isə 1,5 milyar manat təşkil edib.

Ən aşağı göstərici “Troni İnvestisiya Şirkəti”ndə (4,1 milyon manat) qeydə alınıb.

"PSG Kapital İnvestisiya Şirkəti”ndə repo əməliyyatları üzrə üzrə dövriyyə 20,9 milyon manat təşkil edib.

Избранный
56
fed.az

1Источники