RU

COP29 kiçik ada dövlətləri üçün ümid mənbəyi olmalıdır - Samoa nümayəndəsi

Bakı. Trend:

Samoa İnkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üçüniqlim tədbirlərinin maliyyələşdirilməsinin artırılmasınaçağırır.

Trend xəbər verir ki, bunuSamoanın təbii sərvətlər və ətraf mühit naziri Toolesulusulu SedrikŞuster COP29 çərçivəsində çıxışında deyib.

Kiçik Ada Dövlətləri Alyansı (AOSIS) adından çıxış edən nazir,iqlim dəyişikliyi ilə mübarizə üçün təcili və ədalətli tədbirləringörülməsinin vacibliyini vurğulayıb.

"İqlim dəyişikliyi uzaq gələcəyin təhlükəsi deyil; o, artıqburadadır: isti yay günləri, soyuq qışlar və dəniz səviyyəsininyüksəlməsi bizim evlərimizi və dolanışıq vasitələrimizi təhdidedir", - deyə T.S.Şuster qeyd edib.

O, istixana qazı emissiyalarının dərhal azaldılmasınınvacibliyini vurğulayıb və qalıq yanacaqlarla işləyən infrastrukturaqlobal sərmayələrin insanlığın iqlim dəyişikliyi şəraitində sağqalmasını təhlükəyə atdığını bildirib.

T.Şuster Paris Sazişi çərçivəsində iddialı Milli SəviyyədəMüəyyən Edilmiş Töhfələrin (NDC) və qlobal dayanıqlığın artırılmasıüçün emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasının vacibliyinivurğulayıb.

O, SIDS-in üzləşdiyi problemləri - həssas iqtisadiyyat, məhdudresurslar və böyük dünya bazarlarından uzaq məsafəni xatırladaraq,yeni iqlim hədəflərinin müəyyən edilməsində bu amillərin nəzərəalınmasını tələb edib.

AOSIS-in COP29-da əsas tələbi Yeni Kollektiv Kəmiyyət Hədəfi(NCQG) çərçivəsində SIDS üçün illik minimum 39 milyard dollar, azinkişaf etmiş ölkələr (LDC) üçün isə 220 milyard dollarayrılmasıdır. Şuster COP26-da uyğunlaşma üçün maliyyələşdirməninikiqat artırılması ilə bağlı verilən vədlərin yavaş irəliləyişinitənqid edərək, həssas ölkələr üçün qrant maliyyələşdirilməsi tələbedib ki, bu ölkələr lazımi uyğunlaşma tədbirlərini həyata keçirəbilsinlər.

"Bu konfrans növbəti onillik üçün ümid yaradan bir tədbirolmalıdır", - deyə T.S.Şuster bildirib.

O, COP29 iştirakçılarını Paris Sazişi çərçivəsində verilmişvədləri yerinə yetirməyə və iqlim risklərinə ən çox məruz qalanölkələrin yaşaması üçün xüsusi diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
30
1
az.trend.az

2Источники