RU

Ukrayna və Rusiyaya birabaşa dialoq çağırışı

Kolumbiya prezidenti Qustavo Petro Rusiya ilə Ukrayna arasında davam edən münaqişə fonunda tərəfləri birbaşa dialoqa çağırıb. 

News24.az xəbər verir ki, Kolumbiya prezidenti bu barədə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 liderlərinin sammiti çərçivəsində jurnalistlərə bildirib.

Petro münaqişəyə son qoymaq üçün tərəflər arasında birbaşa dialoqun zəruriliyini vurğulayıb. “Ukrayna və oradakı müharibə kontekstində sülh Rusiya və Ukrayna arasında vasitəçilər olmadan birbaşa danışıqlardan başlayır. Sülh konfransında hər hansı bir çatışmazlıq olarsa, o, sülh haqqında deyil, müharibə haqqında konfransa çevriləcək”, - deyə o qeyd edib.

Petro Rusiya ilə Ukrayna arasında mübahisələrin Münhen razılaşması çərçivəsində həll olunacağına ümid etdiyini bildirib.

Aynurə



Избранный
16
1
news24.az

2Источники