RU

Paraqvay prezidentinin G20 sammitində halı pisləşdi: təcili yardım çağırdılar

Rio-de-Janeyroda keçirilən G20 sammiti zamanı halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Paraqvay prezidenti Santiaqo Penadan xəbər var.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin vitse-prezident Pedro Agliana sosial şəbəkələrdə yayıb.

O bildirib ki, Santiaqo Pena özünü yaxşı hiss edir.

“Yüngül xəstəlikdən sonra Rio-de-Janeyroda xəstəxanada olan prezidentlə danışdım, o, özünü yaxşı hiss edir və test nəticələrini gözləyir”.

Qeyd edək ki, Paraqvay prezidenti ürək ağrısından şikayətlənərək G20 sammitini təcili yardım maşını ilə tərk etmişdi.

“Ultima Hora” qəzetinin yazdığına görə, sammitin binasında prezidentin üzərində çəkilmiş elektrokardioqrammada anomaliya aşkar edilib. Həkimlər onu təcili yardım maşını ilə Müasir İncəsənət Muzeyindəki tibb məntəqəsinə aparıblar, daha sonra isə prezident Samaritano xəstəxanasına yerləşdirilib.

Şahanə Rəhimli
Musavat.com

Избранный
8
musavat.com

1Источники