RU

Estoniya Trampa görə Ukraynaya qoşun yeridilməsini istəyir

Estoniya Avropa İttifaqını(Aİ) ittifaq ölkələrinin silahlı qüvvələrini Ukraynaya göndərməyə çağırıb. Buna səbəb ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın münaqişənin sülh yolu ilə həllinə dair planıdır. Bunu Financial Times (FT) qəzetinə müsahibəsində Estoniyanın xarici işlər naziri Marqus Çaxna deyib.

Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizliyin ən yaxşı təminatı Ukrayna prezidenti Vladimir Zelenskinin tələb etdiyi kimi NATO-ya üzvlükdür.

“Ancaq Birləşmiş Ştatlar Kiyevin hərbi ittifaqa qoşulmaq dəvətinə qarşı olarsa, Avropa Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün hərbi əməliyyatlar başa çatdıqdan sonra belə bölgəyə qoşun yerləşdirməklə vəziyyətə müdaxilə etməli olacaq”, - Çaxna bildirib.

O qeyd edib ki, Trampın ABŞ prezident seçkilərində qələbə qazanması Kiyevin müttəfiqləri arasında Ukraynanaya dəstək verilməsi, eləcə də danışıqlar masası arxasına keçmək və atəşkəsi təmin etmək üçün Moskvaya təzyiq göstərməyin yollarıbıb axtarılması ilə bağlı müzakirələri sürətləndirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
16
news365.az

1Источники