RU

Paşinyan “WhatsApp” vasitəsilə məmurları işdən çıxarıb

Ermənistanın baş naziri Nikol Paşinyan “WhatsApp” messencerində işdən çıxarılma ilə bağlı rəsmilərə məlumat verib. 

Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilir ki, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan işdən çıxarılma xəbərini gəzərkən alıb. Məmur bunu zarafat kimi qəbul edib. Lakin o, “WhatsApp” vasitəsilə işdən çıxarılmaları barədə xəbərdar olan digər həmkarları ilə danışdıqdan sonra bunun həqiqət olduğunu anlayıb.

Ermənistan müxalifəti isə qeyd edib ki, Paşinyan hakimiyyətin imicini yüksəltmək üçün öz adamlarını qurban vermək məcburiyyətində qalıb.

 

 

Daşqın HəsənovMissiya.Az

Избранный
7
missiya.az

1Источники