RU

2025-ci ilin dövlət büdcəsində təbii qazın ixrac qiyməti məlum olub

2025-ci ilin dövlət büdcəsində təbii qazın 1 min kubmetr ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, 2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ÜDM-in artım tempi 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin 1 barrelinin qiyməti 70 ABŞ dolları götürülüb.

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41367,6 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1625,3 milyon manat və ya 4,1 faiz çoxdur. Büdcə xərclərinin strukturunda cari xərclər 60,1 faiz və ya 24845,2 milyon manat, əsaslı xərclər 34,1 faiz və ya 14122,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,8 faiz və ya 2399,6 milyon manat təşkil edəcək.

Избранный
23
3
kommersant.az

4Источники