Çin Rusiyaya tətbiq edilən sanksiya şərtlərini pozmayacaq
Çinin ən böyük bankları siyahısında olan "Chouzhou Commercial", eləcə də "Bank of China" yeni qərar qəbul edib. Çinin bu bankları sanksiyalara məruz qalan bir çox Rusiya şirkətlərinin qeydiyyat yeri ilə bağlı üst-üstə düşən hüquqi ünvanların “qara siyahı”larını hazırlamağa başlayıblar.
Reyting.az xəbər verir ki, "ITSWM konsaltinq" şirkətinin məlumatına görə, informasiyanın emalı üçün vaxtı və sərf edilən xərcləri azaltmaq üçün banklar bu prosesləri avtomatlaşdırır.
Üstəlik, "ITSWM konsaltinq" bunu müştərilərə xidmət hesab edir, çünki məhz bunun nəticəsində hər şey məlum olacaq və məlum ünvanın uyğunluğuna əsasən, ancaq həmin müştərilər qırmızı bayraqla işarələnməklə, belə şəxslərin hesablardan istifadəsi məhdudlaşdırıla bilər.
Çin bankları tərəfindən Türkiyədə hüquqi şəxslərin kütləvi şəkildə qeydiyyata alındığı bu cür ünvanlardan ən azı biri, eləcə də Honq-Konqda 10-a yaxın ünvan “qara siyahı”ya salınıb. Rusiya ərazisindəki ünvanlar da sərt məhdudiyyətlərə məruz qalıb.
Xatırladaq ki, 2023-cü ilin sonunda ABŞ sanksiyalar siyahısına daxil edilən Rusiya şirkətlərinə yardıma görə yaxalanan hər bir üçüncü ölkənin banklarına qarşı sərt sanksiyalar tətbiq edəcəyini açıqlamışdı.
Ekspertlərin fikrincə, bundan sonra Çin bankları Rusiya şirkətləri ilə bağlı həm dollar, həm də yuanla ödənişdən imtina etməyə başlayıb. Türkiyə bankları da artıq uzun müddətdir, Rusiyadan olan müştərilərlə işləməkdən imtina edirlər.