RU

Gələn il DSMF-nin xərcləri 11 faiz artacaq

Gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlir xərcləri cari ildən 727 milyon manat və ya 11 faiz artıq olacaq. Bunun tərkibində məcburi dövlət sosial sığorta üzrə gəlirlər 6 milyard olaraq proqnozlaşdırılır. Bu isə gəlirimizin 78 faizindən artıqdır və cari illə müqayisədə 519 milyon manat və ya 10 faiz çoxdur.

Xezerxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin noyabrın 19-da keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolma 2 milyard, qeyri-büdcə təşkilatları üzrə daxilolma isə 4 milyard olaraq proqnozlaşdırılır. Transferin həcmi 368 milyon manat artaraq 1,6 milyard manat müəyyən edilib. Bunun da ana səbəbi artımın cari il ərzində Fondun gəlirlərindən 387 milyon manatın dövlət öhdəliklərinin qarşılanmasına yönəldilməsi ilə bağlıdır. Xərclərin təqribən 97 faizi əhaliyə ödənişlərin payına düşür və əmək pensiyalarının maliyyələşdirilməsi burada 7,2 milyard manatlıq və ya cari ildən 11 faiz çox olmaqla proqnozlaşdırılır.

Избранный
29
2
xezerxeber.az

2Источники