RU

Estoniya Ukraynaya hərbçilərin göndərilməsini vacib sayır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təklif etdiyi sülh sazişinə görə, Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım göndərməlidir.

Musavat.com “Financial Time” qəzetinə istinadla xəbər verir ki, bu barədə noyabrın 19-da Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib.

Onun fikrincə, belə bir qərar “Trampın istənilən sülh sazişini təmin etməyə” kömək edəcək, ona görə də Avropa liderləri qoşunlarını göndərməyə hazırlaşmalıdırlar.

Diplomat qeyd edib ki, Kiyevin təhlükəsizliyi üçün “real təminat” ölkənin NATO-ya daxil olması olacaq və ABŞ-nin yeni liderinin administrasiyası bundan imtina edərsə, hərbi yardım yeganə variant olaraq qalacaq.
|
Bundan əvvəl, noyabrın 7-də Amerikanın WSJ qəzeti yazmışdı ki, Trampın komandası artıq Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni planı müzakirə edir. O, bir neçə əsas nöqtəni ehtiva edir, buna görə cəbhə xətti dondurulur və onun uzunluğu boyunca silahsızlaşdırılmış zona elan edilir. Həmçinin, Ukrayna ən azı daha 20 il NATO-ya üzv olmaqdan imtina etməlidir. Eyni zamanda, Kiyevə silah tədarükü davam edəcək.

Kreml rəsmisi Dmitri Peskov deyib ki, Tramp komandasının Ukrayna planı abstrakt təsir bağışlayır.

Musavat.com

 

Избранный
22
musavat.com

1Источники