RU

Təchizat narahatlıqları neftin qiymətinin qalxmasına səbəb olub

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 73,20 dollara satılır. Neftin qiymətinin artmasında qlobal neft tədarükündəki fasilələr təsirli olsa da, müxtəlif sahələrdə hasilatın dayandırılması və Rusiya-Ukrayna müharibəsində münaqişələrin yenidən artacağına dair narahatlıqlar təsirli olub.

Ötən gün 73,24 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 73,09 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09.29-da bağlanış vaxtı ilə müqayisədə təxminən 0.15 faiz artaraq 73.20 dollara çatıb. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 69,24 dollara satılıb.

Qlobal neft tədarükünün pozulması neftin qiymətinin artmasında təsirli olur.

Norveçin Equinor şirkəti elektrik enerjisinin kəsilməsi səbəbindən Yohan Sverdrup neft yatağında hasilatı dayandırdığını elan etdikdən sonra neftin qiyməti dünən 2 dollar/bareldən yuxarı qalxıb. Söz mövzusu sahədə gündəlik 755 min barel hasilat dayandırılıb.

Equinor tərəfindən verilən məlumatda, istehsalın yenidən başlaması üçün səylərin davam etdiyi, lakin nə vaxt istifadəyə veriləcəyi məlum deyil. Qərbi Avropanın ən böyük neft yatağı olan Yohan Sverdrupda yaranan fasilə, bazar oyunçularının tədarük çatışmazlığı ilə bağlı narahatlığını artırır və qiymətləri yüksəldir.

Həmçinin bildirilib ki, ABŞ-ın Chevron şirkətinin idarə etdiyi Qazaxıstanın ən böyük neft yatağı olan Tengizdə neft hasilatı planlaşdırılan təmir işləri ilə əlaqədar 28-30 faiz azalıb.

Избранный
25
kommersant.az

1Источники