ABŞ Ədliyyə Nazirliyi “Google”u məcbur edir ki, “Chrome”u satsın.
İndex.az xəbər verir ki, “Bloomberg”in yaydığı məlumata görə, nazirlik avqust ayında “Google”un axtarış bazarını qeyri-qanuni inhisara alması barədə qərar çıxaran hakimdən süni intellekt və Android smartfon əməliyyat sistemi ilə bağlı tədbirlər görməyi xahiş edəcək.
ABŞ Ədliyyə Departamentinin antiinhisar rəsmiləri hakimdən xahiş edəcək ki, “Google”u “Chrome” brauzerini satmağa məcbur etsin.