Məhəmməd Salah bir neçə aydan sonra “Liverpul”u tərk edə bilər. Səbəb sadədi: onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Hələ ki yeni müqavilə bağlanmayıb.
Böyük Britaniya mənbələrinin məlumatına görə, 32 yaşlı hücumçu yeni sözləşmə imzalamaq üçün İngiltərə klubunun qarşısına bir sıra şərtlər qoyub. Misirli futbolçu yalnız yeni müqavilənin uzunmüddətli olacağı və məvacibi artırılacağı halda, hazırkı komandasında qalacaq. Onun həmçinin rəhbərlikdən bonuslar da tələb etdiyi bildirilir.
Məhəmmədin klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm bütün turnirlərdə 17 matçda meydana çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə verib. Yeri gəlmişkən, “transfermarkt” portalının yaydığı məlumata görə, Salahın transfer dəyəri 55 milyon avrodu.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта