
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinə yeni dekan təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı ATU-nun rektoru Gəray Gəraybəyli əmr imzalayıb.
Əmrə əsasən, Elmira Ramiz qızı Əliyeva ATU-nun Stomatologiya fakültəsinin dekanı vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, E.Əliyeva Prezidentin Müdafiə məsələləri üzrə sabiq köməkçisi general-leytenant Vahid Əliyevin həyat yoldaşıdır.
E-saglam.az