RU

Azərbaycanda qadınları narkotikə çəkən SƏBƏB – Psixoloqdan ŞOK AÇIQLAMA

Ölkədə narkotik satan və istifadə edən qadınların hətta az yaşlı uşaqların sayı artmaqdadır. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən 6 min 247 nəfərdən 6 min 66-sı kişi, 181-i qadın olub.
Bunun səbəbi nədir? pasientləriniz arasında bu problemlərdən əziyyət çəkənlər varmı?

Təəssüflər olsun ki, son zamanlar geniş yayılan narkotik aludəçiləri öz həyat hekayələrini, öz tarixçələrini danışarkən bəzən olub ki, bu insanlar arasında xanımlar da az yaşlı qızlarımız da olub.

Psixoloqun sözlərinə görə, ailə göndərərkən övladında birdən-birə aqressiyaların artması və övladının belə bir hala düşməsi onları psixoloqa gəlməyə vadar edir.
Hətta bu yaxınlarda Tarix Muzeyində böyük bir tədbir keçirildi. 11-ci sinif şagirdi olacaq bir qızın “dostum hansı hallara düşdü, mən onun ailəsinə xəbər vermək istəyərkən məni təhdid etdi amma sonunda dostumu narkotikdən itirdim”, – çıxışını dinlədik.

Bizim bir neçə polis əməkdaşlarımız tədbirdə iştirak edirdi. Tədbir bitdikdən sonra qıza yaxınlaşıb ətrafında bu kimi insanlar varmı, onu da buna vadar edən insanlar varmı deyə polis qarışıq hamımız suallarımızı ünvanladıq ki, toplum olaraq qızımızı qoruyaq.

“Bu gün bəzi insanlar var ki, əgər söhbət xanımlardan gedirsə ilk olaraq xanımları daha çox bu problemə gətirən danışacaq həyat hekayələrinə əsasən özlərini olduqları kimi qəbul etməməkdir. Bir az kilolu olmaları, fiquralarında hansısa problem varsa estetik əməliyyata getmək istəyi olur. “Sən bu dərmanı iç arıqlayacaqsan, istədiyin görünüşü alacaqsan”, – bu kimi təkliflərin fərqinə varmadan, mənşəyi araşdırılmadan, kimdən aldığını bilmədən bu addımları atdıqda təbii ki, görürük ki, narkotikanın ən dərinliyində hamının eşidəcəyi patıdan, metanfetaminlərdən, bunların içərisində M40, M90, ən sürətlə arıqladan ı, iştahı kəsənidir. Fərqinə varmırlar ki, bu artıq narkotik bir maddədir. Bundan istifadə edərkən bir də baxırlar ki, aludəçi olublar. Bunun da müalicəsi olur lakin uzun müddət davam edir. İnsan həmin anda nələri itirdiyinin fərqinə varmır. Ən doğmalarına qarşı olan aqressiyalarının belə səbəbini anlaya bilmirlər. Bu problemlər bu gün müəyyən bir qism , 10 pasiyentdən ay ərzində ikisində və yaxud birində bu cür qarşılaşmalarımız olur.

Əsas səbəblərdən biri də insanların xaotik yaşamasıdır. Yəni “bu mənim öz həyatımdır”, – deyərək atdıqları addımlardır. Sosial platformalarda “bu həyat sənindir” şüarı altında araşdırılmadan digər peşənin sahibləri müxtəlif platformalarda özlərini psixoloq kimi qələmə verirlər və diqqəti cəlb edirlər.
Hətta bu yaxınlarda bir ana bizə müraciət etmişdi ki, TikTok-da hansısa bir psixoloqla tanış olub. Psixoloq onu evinə dəvət edib. Daha sonra içki təklid edib ki, iç, dünya vecinə olmayacaq.
Səbəblərdən biri də bax budur. Həmin valideyn acınacaqlı vəziyyətdə klinikamıza müraciət etmişdi. Daha sonra biz araşdırdıq, hətta bir neçə psixoloqlar, həkimlər həmin səhifəyə yazdılar”.

Dəniz Pənahova

Избранный
14
tribunainfo.az

1Источники