RU

Türkiyənin 66 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib

Türkiyənin 66 vilayətində FETÖ-yə qarşı keçirilən “Kıskaç-30” əməliyyatı nəticəsində 459 şübhəli saxlanılıb.

“Sherg.az” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə səhifəsində bildirib.

Məlumata görə, əməliyyat çərçivəsində təşkilatın maliyyə, tələbə, polis, hərbi sirr, ədliyyə və müxtəlif peşə qrupları daxilində gizli fəaliyyət göstərən mövcud strukturları aşkarlanıb.

Saxlanılanlara qarşı cinayət işi açılıb.
Избранный
19
3
sherg.az

4Источники