RU

Ermənistanın ƏRAZİ İDDİALARI: “İrəvan işğalçılıq siyasətindən əl çəkmək istəmir”

“Bu gün Ermənistanda baş verən proseslər birbaşa olaraq xarici ölkələrdən, daha dəqiq desək, Avropa və Qərbdən idarə olunur. Çünki biz Ermənistan rəhbərliyinin, ümumiyyətlə, müstəqil və dövlət maraqlarına uyğun siyasət aparmasının heç vaxt şahidi olmamışıq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Siyasi təhlilçi Ermənistanın hökumət kabinəsində baş verən dəyişiklikərin pərdəarxasında yatan məqamlardan və İrəvanın sülhdənqaçma siyasətindən söz açıb.

S. Kərimlinin fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyan atdığı hər bir addımda öz havadarları, eləcə də beynəlxalq dairələrlə məsləhətləşmələr aparır və onların diktəsi ilə oturub-durur:

“Eyni zamanda da Ermənistanda bu gün baş verən ziddiyyətli proseslər birbaşa olaraq Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesindən qaynaqlanan bir hadisədir. Ona görə ki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində də müəyyən ləngimələr və problemlər ortadadır. Çünki Ermənistan heç cür sülh müqaviləsi imzalamağa yaxınlaşmır, əksinə, bu prosesi ləngitməyə çalışır və hər gün də Nikol Paşinyan ziddiyyətli bəyanatlar səsləndirir. O, gah Azərbaycanın tələblərini qəbul etmədiklərini bildirir, gah da kommunikasiya və nəqliyyat xətlərinin açılmasına hazır olduqlarını söyləyir. Amma reallıq budur ki, İrəvan öz işğalçılıq siyasətindən hələ də əl çəkmək istəmir”.

“Çünki ən azından Ermənistan konstitusiyasında Azərbaycana qarşı konkret ərazi iddiaları var. Belə olduqda, bu gün Ermənistan bu prosesdən yayınması, öz konstitusiyasını dəyişdirmək istəməməsi və Paşinyanın öz kabinetində ciddi dəyişikliklər etməsi, ümumilikdə, sülh müqaviləsinin imzalanması prosesində bir əngəl və ləngimədir. Siyasi proseslərin bu cür gərginləşdiyi və ziddiyyətli idarəetmə üsullarının tətbiq olunduğu bir dövrdə Ermənistanın sülhə hazır olmamasını biz bir daha müşahidə edirik”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Избранный
8
1
moderator.az

2Источники