RU

“Goldman Sachs” dollarla bağlı proqnozunu bölüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” ABŞ dollarının daha uzun müddət möhkəm qalacağını gözləyir.

Banco.az xəbər verir ki, “Goldman Sachs Group”un valyuta strateqləri bu fikirdədirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yüksək gömrük rüsumları tətbiq etmək planlarının təsiri nəticəsində dollar yeni möhkəmlənmə dövrünə qədəm qoyub.

Xatırladaq ki, sentyabrın sonundan etibarən dünyanın ehtiyat valyutası sayılan dollar bahalaşmaqdadır. Bu da bankın valyutanın getdikcə dəyər itirəcəyi ilə bağlı uzun müddətdir mövcud olan fikrinə zərbə vurur.

“Goldman”ın son iki ildə müdafiə etdiyi ABŞ valyutasının 2023-cü ildə yüksək qiymətləndirmələrdən geri çəkiləcəyi ilə bağlı proqnozu doğru çıxsa da, noyabrın 5-də keçirilən seçkilərdən sonra dollar 2,4 faiz bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
16
banco.az

1Источники