Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.
Budəfəki müsahibimiz Koreya Respublikası ətraf mühitnaziri Kim Wansupdur.
O, Trend-ə özəlaçıqlamasında bildirib ki, COP29 hamı üçün, qlobal liderlər vəiştirakçıların öz fikirlərini bölüşməsi və bir-biri ilə əməkdaşlıqetmələri üçün çox yaxşı platformadır.
Nazir qeyd edib ki, belə bir fürsət yaranmışkən maliyyəməsələsində səmərəli nəticə əldə etməliyik.
“Koreya hökumətinin Paris Sazişinin 6-cı maddəsi ilə bağlınəticəyə gəlmək üçün güclü iradəsi var. Çox nizamlı və konstruktivşəkildə yekunlaşacağına ümid edirəm.
Digər bir məsələ Yeni Kollektiv Kəmiyyət Hədəfidir (NCQG). Təbiiki, qlobal cəmiyyət eyni məqsədə çatmaq üçün əlindən gələnietməlidir. Koreya hökuməti də bunu edir. Və maliyyə məsələsi, yəqinki, burada ən böyük məsələ olacaq. Biz digər ölkələrlə masadadanışıqlar aparacağıq.
Ona görə də bu həftə ərzində nə olacağını bilmirəm. Ancaqbunları müzakirə etmək üçün daha çox vaxtımız var. Ümid edirəm ki,biz çox yaxın bir zamanda bir nəticəyə gələcəyik”,- deyə obildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.