RU

Nigeriyalı nazir: Azərbaycan COP29-u yaxşı təşkil edib, tərəflərə danışıqlar üçün platforma təqdim edib

Azərbaycan belə böyük tədbirin təşkilinin öhdəsindən yaxşı gəlib və tərəflərə danışıqlar üçün platforma təqdim edib.

Bunu Nigeriyanın ətraf mühitin mühafizəsi naziri Balarabe Abbas Laval “Report”un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, danışıqlar uğurla aparılır. "Biz bütün diqqətimizi ən vacib mövzuya - maliyyələşdirməyə yönəltmişik", - o qeyd edib.

Yekun bəyannaməyə toxunan nazir tərəflərin iqlim maliyyəsi ilə bağlı razılığa gələcəyinə ümidvar olduğunu deyib. "Biz buna çox ümid edirik. Dubayda çox vədlər verilsə də, onların bir çoxu yerinə yetirilməyib", - B.Laval vurğulayıb.

Избранный
22
1
report.az

2Источники