RU

AFFA İntizam Komitəsi hakimləri təhdid edən məşqçiyə beş oyunluq cəza verib

AFFA İntizam Komitəsi I Liqada çıxış edən "Mingəçevir"in məşqçisi Namiq İbrahimlini beş oyunluq cəzalandırıb. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna mütəxəssisin VII turda "Baku Sportinq"lə matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir və təhdid etməsi səbəb olub.

Klub onun bu hərəkətinə görə 500 manat cərimələnib.

Избранный
25
6
sia.az

8Источники