RU

Ən pis ssenari: Putin nüvə düyməsinə basacaq

"Bir sıra Qərb KİV-lərinin fəal müzakirə olunan məlumatı, yəni Rusiyanın dərinliklərinin vurulmasına icazə verilməsi  hələ də rəsmi təsdiqini tapmayıb. 

Vaşinqton heç bir şəkildə bunu şərh etməyib. Öz növbəsində London və Paris vəziyyətin dəyişməz qalması barədə bəyanat verərək artıq təkzib ediblər. Onlar Kiyevə birgə hazırlanmış uzunmənzilli  qanadlı raket Storm Shadow/SCALP-EG-dən istifadənin genişləndirilməsinə icazə verməyiblər".

Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında rusiyalı politoloq,  “PolitRus” informasiya-analitik portalının rəhbəri Vitali Arkov deyib. 

Arkovun fikrincə, Berlinin də mövqeyi dəyişməz qalıb və Kiyevə “Taurus” raketlərini tədarük etməməyi təsdiqləyib. Almaniya kansleri Olaf Şolts ötən həftə ilk dəfə 2022-ci ilin yazından bəri Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Onlar Ukraynadakı münaqişənin sülh yolu ilə həllini də müzakirə ediblər:

"Şübhəsiz ki, cənab Şolts burada yalnız Almaniyanı deyil, eyni zamanda Qərb ölkələrinin koalisiyasını təmsil edir. Bir növ vasitəçi rolunu oynayıb.

Əgər “The New York Times”-ın məlumatı doğrudursa və ABŞ-nin demensiyadan əziyyət çəkən Prezidenti Co Bayden tərəfindən Kiyev rejiminə ATACSM ballistik raketalarının Kursk bölgəsində istifadəsinin genişləndirilməsinə icazə verilibsə, Rusiya buna ən sərt şəkildə cavab verəcək. Vəziyyət hətta nüvə silahından istifadəyə qədər gedəcək, çünki bu, birbaşa təcavüz olacaq”.

Həmsöhbətimiz xatırladıb ki, 2023-cü ilin sentyabr ayında Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə doktrinasını dəyişməyi təklif edib və ona yeni müddəalar əlavə olunub:

“Xüsusilə nüvə silahı olmayan ölkələrin Rusiyaya qarşı təcavüzünə nüvə dövləti dəstək verərsə, bu, birgə hücum kimi nəzərə alınacaq. İndi isə belə bir vəziyyət yaranır".

Vitali Arkov  ehtimal edir ki, Rusiya təkcə Kiyevin qərar qəbuletmə mərkəzlərinə deyil, həm də ABŞ-nin Avropadakı hərbi obyektlərinə, məsələn, Polşadakı bazalara nüvə zərbəsi endirəcək: 

"Polşa NATO-nun digər üzvlərindən daha çox Kiyevi dəstəkləyir və Rusiya ilə müharibədə fəal iştirak edir. Bunu həm silahlar, həm də canlı qüvvə ilə dəstəkləyir.  Polşa əsgər və zabitlərinin döyüşlərdə iştirakının sənədləşdirildiyi artıq təsdiqlənib. 

Berlində isə gizli olsa da, buna sevinəcəklər, çünki son illərdə Varşava Berlini ciddi şəkildə narahat edir.

Ancaq ümid edirəm ki, hadisə belə inkişaf etməz. Yəni, geniş müzakirə olunan bu vəziyyətin başqa məqsədləri var.

Birincisi, daxili, yəni Amerika məqsədləri. Bu, Demokrat Partiyasının vəzifədən gedən komandasının respublikaçılara problem yaratmasıdır. ABŞ-nin belə addımları Bayden və Tramp komandalarının razılığı ilə Kremlə təzyiq göstərmək və onu Ukraynadakı münaqişənin həllinə dair özünə sərf etməyən şərtlərin qəbuluna məcbur etmək məqsədi daşıyır.

İkincisi, “New York Times”-da dərc olunan məlumatın dezinformasiya olduğu da ehtimal edilir. Bu, Bayden və Tramp komandaları tərəfindən Kremlə təzyiq göstərmək üçün başladılmış kampaniya ola bilər. Məqsəd isə Rusiya ilə danışıq şərtlərini dəyişmək və onu təslim olmağa məcbur etməkdir.

Hazırda dünya ictimaiyyəti, Rusiya silahlı qüvvələrinin bütün döyüş xətti boyunca uğurla irəlilədiyini və Ukrayna ilə sərhəd bölgəsində "sanitar zona" yaratmaq missiyasını yerinə yetirdiyini müşahidə edir". 

Ekspert qeyd edib ki, bu, Ukraynada demilitarizasiya zonasının yaradılması və  ABŞ-nin yeni  seçiləcək vitse-prezidenti Cey Devid Vensin əvvəllər dediyi kimi, Tramp komandasının sülh planının bəndlərindən biridir.

Избранный
37
cebheinfo.az

1Источники