RU

İqlimə davamlı kəndlər üzrə forumun yaradılması ilə bağlı Bəyannamə imzalanıb

İqlimə davamlı kəndlər üzrə forumun yaradılması ilə bağlı Bəyannamə imzalanıb.

"Unikal" xəbər verir ki, Bəyannamə COP29 çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Sədi Cəfərov iştirakı ilə imzalanıb.

İmzalanma mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, türk dövlətləri qlobal miqyasda böyük təsir və iqtisadi gücə malikdirlər:

"Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Ölkələrimiz kənd təsərrüfatı sahəsində böyük iqtisadi potensiala malikdir. Təəssüf ki, biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığı aqro-ərzaq sistemlərimizə çox böyük təsir göstərir. Türk dövlətləri iqlim dəyişikliyi ilə bağlı bu problemlərlə necə mübarizə aparmalı və buna uyğun olaraq səmərəli tərəfdaşlıqlar qurması ilə bağlı Təşkilat daxilində səmərəli əməkdaşlıq etdiyimiz və qərarlar qəbul etdiyimiz kənd təsərrüfatı nazirlikləri platformamız var. Bu gün bizim təşviq etdiyimiz təşəbbüslərdən biri də Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Kəndlər Forumunun işə salınmasıdır. Əminəm ki, bu təşəbbüs bizim kənd yerlərinin inkişafı siyasətimizə müsbət təsir göstərəcək və kənd əhalisinin rifahını asanlaşdıracaq".

Избранный
15
unikal.az

1Источники