RU

"Leyla"nın ulduzu necə 23 kilo arıqladı?

“Canım Ailem”, “Yalan Dünya”, “Ana”, “Başqası” kimi seriallar ilə tanınan Qonca Vuslateri ötən apreldə ana olub.

News24.az xəbər verir ki, doğuşdan sonra hamiləlik dövründə aldığı kiloları sürətlə itirən məşhur aktrisa "Leyla: Həyat... Sevgi... Ədalət" serialı ilə tezliklə çəkilişlərə qayıdıb.

Ötən həftələrdə qarnı ilə çəkdirdiyi fotolarını izləyiciləri ilə paylaşan Qonca Vuslateri "22 kilo aldım. Doğuşdan sonra 23 kilo arıqladım. Soruşanlar olacaq. Bəli, belə oldu" deyib.

Qonca Vuslateri itirdiyi çəki ilə bağlı bu açıqlamaları verib:

"Mən süd verən anayam. Ona görə də süd vermək mənə daha tez arıqlamağa kömək edib. Həmçinin mən hamiləliyim zamanı turş, naringi yemişəm. Turş, naringi və sairin şişkinliyi çəkiləndə çox arıqlamış oldum".

Günel Məlikzadə


Избранный
30
news24.az

1Источники