RU

Polis qadınları oteldə tutdu - DETALLAR

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən “Elsevər” hotelində həmcinsini fahişəliyə cəlb edən qadın tutulub.

Oxu24.com  xəbər verir ki, Şərur rayon sakini olan 1994-cü il təvəllüdlü Fəridə Həsənovanın (şərti) həmcinsini pul müqabilində başqa şəxslərlə görüşdürməsi müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə iş başlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, pul müqabilində intim münasibətdə olan Fəridə digər həmcinslərini də bu işə cəlb edib. O, fahişəliyə cəlb etdiyi rəfiqəsi və 2 kişi ilə birgə hotel otağında polis tərəfindən saxlanılıblar.

Babək Rayon Məhkəməsinin 15 noyabr tarixli hökmü ilə F.Həsənovaya 3 min manat cərimə cəzası kəsilib. (Qafqazinfo)

6 gün iş OLMAYACAQ - TARİXLƏR

Избранный
5
3
oxu24.com

4Источники