Böyük Britaniya Rusiya "Yunarmiya" uşaq və gənclər hərəkatına qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Həmçinin, hərəkatın baş qərargah rəisi Nikita Naqornıya qarşı da sanksiyalar tətbiq edilib.
Xatırladaq ki, bundan əvvəl də Böyük Britaniya Rusiyaya qarşı sanksiya tətbiq etmişdi.
Sanksiyaların tətbiq edilməsinə səbəb kimi Ukraynanın işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər” göstərilmişdi. Siyahıya 11 fiziki və hüquqi şəxs, o cümlədən Rusiya Mərkəzi Seçki Komissiyası, Rusiya Federasiyası MSK-nın katibi Natalya Budarina, qondarma “Xerson Regional Dövlət Administrasiyası”nın rəhbəri Andrey Alekseyenko və Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova daxil edilib.
Qeyd edək ki, sanksiyada sözügedən şəxslərin aktivlərinin dondurulması və Böyük Britaniyaya girişlərinin qadağan edilməsi nəzərdə tutulur.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта