ABŞ Ədliyyə Departamentinin rəsmilərinin hakimdən "Google"u "Chrome" brauzerini satmağa məcbur etməsini tələb etmək qərarına gəldiyi bildirilir."Bloomberg"in məsələdən xəbəri olan anonim mənbələrə istinadən verdiyi məlumata görə, nazirlik avqust ayında "Google"un axtarış bazarını qeyri-qanuni inhisara alması barədə qərar çıxaran hakimdən süni intellekt və android smartfon əməliyyat sistemi ilə bağlı tədbirlər görməyi xahiş edəcək.ABŞ Ədliyyə Departamentinin antiinhisar rəsmiləri hakimdən "Google"u "Chrome" brauzerini satmağa məcbur etməyi tələb edəcək.ABŞ-da federal hakim Amit Mehta avqust ayında internet texnologiyaları sahəsində mühüm qərar çıxararaq, "Google"un internet axtarışı və axtarış reklamında “qanunsuz monopoliya” yaratdığına qərar verib.Hakim Mehta qərarında "Şahidlərin və sübutların ətraflı araşdırılması nəticəsində məhkəmə bu qərara gəldi: "Google" monopoliyadır və bu inhisarı qorumaq üçün hərəkət edib. Bu, Şerman Qanununun 2-ci maddəsini pozur" ifadələri qeyd edilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта