Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri çərçivəsində yaşayış məntəqələrinin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün tədbirlər davam etdirilir.
Avtosfer.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu tədbirlər Ağdərə rayonunda da həyata keçirilir.
Belə ki, rayonun Umudlu yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinə başlanılır.
Məlumata görə, kəndin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri 1,5 milyon manata başa gələcək.