RU

Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq

Azərbaycanda onkoloji tibb xidmətləri ilə bağlı əlavə vəsaitlərin ayrılmasına dair yaxın zamanlarda təkliflər hazırlanacaq.

Xərçəng hüceyrələrinin aşkarlanması xərclərinin icbari tibbi sığorta təminatına alınması təklif edilib

FED.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi vacib məsələdir və hər il bu sahəyə 60 milyon manat ayrılır: "Bundan əlavə, ehtiyat fondlarından da əlavə vəsaitlər ayrılır.

Onkoloji tibb xidmətləri hamımızı narahat edən məsələdir. Biz Səhiyyə Nazirliyi, İcbari Sığorta Bürosu, Milli Onkologiya Mərkəzi və Maliyyə Nazirliyi birgə müzakirələr apararaq, bu xidmətlər üçün əlavə vəsaitlərin ayrılması yollarını araşdırmalıyıq. Yaxın zamanda müvafiq təkliflər hazırlanıb hökumətə təqdim ediləcək”. (Report)

Избранный
26
6
fed.az

6Источники