RU

"Onun faşist ruhunu o zaman hiss etdim" - Ajda Pekkandan etiraf

"Artıq heç kimdə o köhnə həyəcan qalmayıb. Hamını bir şey maraqlandırır: “Mən necə pul qazanım?”, “Necə dolana bilərəm?” Hər kəs haqlı olaraq dolanmaq istəyir, çünki şərtlər dəyişib. Əvvəllər səhər-axşam konsertlər verirdik. İndi bunu edərsən deyə soruşsan, cavabım "yox" olacaq. İndi bizim brend adımız var. Çıxıb hər yerdə oxuya bilmərik. Amma ictimai konsertlər böyük konsertlərdir, o ayrı”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri məşhur türk müğənni Ajda Pekkan Mazhar Alansonun verilişində qonaq olarkən deyib.

Sənətçi "Türk sənət günəşi" hesab olunan Zəki Mürenin ona dəstək verdiyi illərdən də danışıb.

“O, mənim üçün məktəb oldu. Pərdə arxasında çox gözəl şeylər öyrəndim; kulis nədir, nələr edilir, nə baş verir. O, həmişə məndən katalizator kimi istifadə edirdi, bunu yaxşı mənada deyirəm. “Ajda yoxdursa, səhnəyə çıxmaram”, “Ajda yoxdursa, getmərəm” kimi sözlər deyirdi. Hər zaman onun sevgisini və hörmətini hiss etmişəm. Ən kiçik bir təbəssümü mənə şirin görünürdü. Zəki Müren mənim üçün utopik bir şeydir”.

Zəki Mürenin qəzəbli halına şahid olduğunu ifadə edən Ajda Pekkan xatirəsini bölüşüb: “Onu əsəbiləşəndə ​​görməməli idin, təəssüf ki, mən gördüm. Mikrofonla bağlı acı bir xatirəm var, o vaxtlar AKG mikrofonları var idi, əlimə götürüb oxuyuram, amma səsim mənə boğuq gəlir. Şərəf və Gürsəl arxada idi, onlara dedim ki, mənə "Bir az əks-səda verə bilərsinizmi? “Əlbəttə” deyib, istədiyimi elədilər. Proqramı bitirdim, içəri keçdim, arxamdam bir səs-küy qopdu ki…Zəki Müren onlara mənim xahişimi yerinə yetirdiklərinə görə əsəbiləşmişdi. İlk dəfə o zaman onun faşist ruhunu hiss etdim. Biz belə böyümüşük. Amma mən bunu mehribanlıqla qəbul edirəm. Deməli, oyunun qaydaları belədi”.


Müəllif: Pərvin Cəfərova
Избранный
27
39
teleqraf.com

10Источники