Bakıda tikintidə faciəli hadisə baş verib. 1news.az-ınLent.az-a istinadən məlumatına görə, hadisə Bakının Lökbatan qəsəbəsində qeydə alınıb. Orada inşa edilən binaların birində fəhlə işləyən Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü Əlisahib Siruz oğlu Hüseynov yıxılaraq xəsarət alıb. Aldığı xəsarətdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Ə.Hüseynov orada ölüb. Faktla bağlı araşdırma aparılır.