RU

Övladlarını sobaya qoyaraq öldürən anaya ömürlük həbs

Övladlarını

ABŞ-da 1 və 2 yaşlı iki uşağını sobaya ataraq öldürən anaya ömürlük həbs cəzası verilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “haberglobal.com.tr” saytı xəbər paylaşıb.

Xəbərdə bildirilir ki, 2017-ci ildə ABŞ-da törədilən dəhşətli qətl hadisəsi Lamora Uilyamsın bir gecə polisə zəng edərək evdə olmadığı zaman uşaqlarının öldüyünü bildirməsi ilə üzə çıxıb. L.Uilyams polisə verdiyi ifadəsində gündüz işdə olduğunu və o, evdə olmadığı müddətdə uşaqların dayə ilə qaldığını bildirib. Qadın axşam saatlarında evə qayıdanda uşaqları yerdə ölü vəziyyətdə gördüyünü deyib və evdəki sobanın uşaqların üzərinə düşdüyünü iddia edib.

Məhkəmədə təqdim edilən dəlillərə görə, qadının uşaqlarını sobaya qoyaraq diri-diri yandırdığı qeyd edilib. Meyidlərin yarılmasından sonra bildirilib ki, uşaqlar quru istidən və uzun müddət istiyə məruz qalmaqdan qaynaqlanan istilik dəyişiklikləri keçiriblər. Ekspertiza rəyində “Bu səviyyəyə çatmaq çox uzun zaman tələb edir” ifadəsi işlədilib.

2 uşağını sobaya ataraq öldürdüyü bildirilən və əvvəllər 14 müxtəlif cinayətə görə məhkum olunan qadının psixoloji problemlərinin olduğu vurğulanıb. L.Uilyams şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum edilib.

Избранный
3
6
xalqcebhesi.az

10Источники