RU

"PAŞA Kapital" şirkətinin bütün göstəricilərində artım olub - ŞİRKƏT BÖYÜYÜR

«PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 35%  artıb.

FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında şirkətin birja dövriyyəsi 21,5 milyard manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 5,5 milyard manat və ya 34,8% artıb.

Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 1,3 milyard manat, dövlət istiqrazları üzrə dövriyyəsi 3,8 milyard  manat, korporativ istiqrazları üzrə dövriyyəsi 1,1 milyard manat,  repo əməliyyatları üzrə dövriyyəsi 15,2 milyard manat, səhmlər üzrə  dövriyyəsi isə 2,9 milyon manat olub.

Cari ildə « PAŞA Kapital İnvestisiya Şirkəti»nin korporativ istiqrazlarının dövriyyəsi 3,2 dəfə (772,6 milyon manat),  repo əməliyyatlarının dövriyyəsi 57,1%  (5,5milyard manat), səhmlər üzrə dövriyyəsi 2 dəfə (1,5 milyon manat) artıb.

Bu ilin 8 ayı ərzində «PAŞA Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 521 ədəd və ya 12,6% artaraq 5 214-ə yüksəlib.

Избранный
18
fed.az

1Источники