RU

Baydenin rezonans yaradan TƏKLİFİ: “Rusiyanı yerinə oturtmaq istəyir”

“Bayden Rusiyanı yerinə oturtmaq istəyir”.

Bu sözləri Trampın müharibəni qısa zamanda bitirəcəyi ilə bağlı iddiası və Ukraynaya Rusiyanın dərinliklərini vurmaqla bağlı icazənin verilməsini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Analitik bildirib ki, Trampın bu iddiası əsassızdır:

“Trampın iddialarının hamısı yalandır. Deyir, prezident olan kimi, Rusiya-Ukrayna müharibəsini dayandıracağam. Necə dayandıracağı, nə ilə dayandıracağı barədə isə heç bir fikir səsləndirmir, lakin bunun konsepsiyası olmalıdır.

Rusiyanın dərinliklərindəki hədəflərin vurulmasına gəldikdə isə Tramp hələ prezident deyil. O seçilib, ancaq hazırda prezident Co Baydendir və icazəni də Bayden verib. O, bu icazəni verməklə Rusiyanı yerinə oturtmaq istəyir. Hesab edirəm ki, bu, düzgün addımdır və hətta bu, müharibəni bir qədər də şiddətləndirəcək. Görək, Tramp prezident olandan sonra müharibəni necə dayandıracaq?”

Səxavət Məmməd

Избранный
14
yenicag.az

1Источники