RU

Alman ordusu bu şirkətlərə təlim keçəcək - SƏBƏB

Alman ordusu ölkə üçün əhəmiyyətli olan şirkətlərə mümkün müharibə ssenarisinə qarşı hazırlıq təlimləri keçir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, min səhifəlik \"Almaniya Əməliyyat Planı” çərçivəsində kritik infrastrukturlar qorunacaq və iqtisadiyyat üçün strateji addımlar atılacaq.
  
Planda bu prosesdə iqtisadiyyatın rolu dəqiq müəyyən edilib. Hamburq Ticarət Palatasında keçirilən ilk tədbirdə şirkətlərə birbaşa məsləhətlər verilib.
 
Bundesver (Almaniya Ordusu belə adlandırılır) \"Frankfurter Allgemeine Zeitung” qəzetinə verdiyi açıqlamada \"Bütün dövlət komandanlıqlarına bu planı həyata keçirmək tapşırılıb” deyib.

Hamburq Ticarət Palatasının baş direktoru Malte Heyne bu yanaşmanı dəstəklədiyini ifadə edərək \"Biz hazır və dayanıqlı iqtisadiyyatın Almaniyanın mülki və hərbi müdafiəsi üçün nə qədər vacib olduğunu dərk etməliyik\" - deyə fikirlərini yekunlaşdırıb.

Mikayıl
Избранный
7
azxeber.com

1Источники