RU

Fransa vətəndaşı: "Bu sammit qeyri-ciddi ziyarətlərin yeri deyil"

"COP29 çox yaxşı təşkil olunub. Düşünürəm ki, iqlimi qorumaq üçün həm də müharibələrə son verilməlidir. Bunun üçün isə silah sənayesinə son verilməlidir. Bu proses yer kürəsinə ən çox zərər verən amillərdəndir".

Bunu hakimiyyet.az-a açıqlamasında Fransada yaşayan pakistanlı jurnalist İmran Yusif Çoudhri deyib.

O bildirib ki, bu gün dünyanın ən çox sülhə ehtiyacı var:

"Bunun üçün müharibələr bitməli, qarşıdurmalara zəmin yaradan amillər aradan qalxmalıdır. Lakin nə qədər ki, dünyada döyüş silahları istehsal olunmağa davam edəcək, bu, mümkün deyil.

Düşünürəm ki, bu mövzuda ciddi olmaq lazımdır. Bu sammit qeyri-ciddi ziyarətlərin yeri deyil. Bütün ölkələr bu məsələyə öz töhfələrini verməli, ciddi qərarlar qəbul etməlidir".

Mərahim Nəsib

Избранный
20
1
hakimiyyet.az

2Источники