RU

"Bayern" onu komandada saxlamaq üçün hərəkətə keçdi: 25 milyon maaş alacaq

"Bayern" ulduz yarımmüdafiəçisi Camal Musiala yeni müqavilə təklif etmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, yeni müqaviləyə əsasən, yarımmüdafiəçi ildə təxminən 25 milyon avro alacaq. Futbolçunun klubdan imza bonusu ala biləcəyi də bildirilir. Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.

Yeni müqavilə təklif edilməsinə səbəb onun Avropa nəhənglərinin, xüsusilə "Mançester Siti"nin maraq dairəsində olmasıdır.

"Transfermarkt" 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro qiymətləndirir. Hazırkı sözləşmə 2026-cı ilə qədərdir.

Избранный
7
7
publika.az

8Источники