RU

TDT-nin iqlimə dayanıqlı kəndlər üzrə Forumu üzv ölkələr arasında fəal əməkdaşlıq imkanları açır - Nazir müavini

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) iqlimə dayanıqlı kəndlər üzrəForumu üzv ölkələr arasında fəal əməkdaşlıq üçün yeni imkanlaryaradır.

Trend xəbər verir ki, bubarədə Qırğızıstanın su ehtiyatları, kənd təsərrüfatı və emalsənayesi nazirinin müavini Mirbek Duyşeyev COP29 çərçivəsindəkeçirilən "Qlobal məqsədlərdən yerli səviyyədə fəaliyyətə:Dayanıqlı aqrar-ərzaq sistemlərinin gücləndirilməsi üzrə regionaltəşəbbüslər" mövzusunda tədbirdə bildirib.

O, Qırğızıstan tərəfinin iqlimə dayanıqlı kəndlər üzrə Forumunyaradılması təşəbbüsünü alqışladığını qeyd edib.

"Qırğızıstan tərəfi anlayır ki, kəndlərin dayanıqlılığı iqlimdəyişikliyinin təsirlərini azaltmaq, ərzaq təhlükəsizliyiniyaxşılaşdırmaq və kənd yerlərinin dayanıqlı inkişafını təmin etməküçün qlobal səylərdə mühüm rol oynayır. Bu baxımdan, biz butəşəbbüsü fəal şəkildə dəstəkləməyə hazır olduğumuzu ifadə edirik",- deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, Qırğızıstan bu forumun yaradılmasınınCOP29-da qəbul edilən qərarların həyata keçirilməsinə əhəmiyyətlitöhfə verəcəyinə ümid edir.

"Biz əminik ki, yalnız beynəlxalq ictimaiyyətin birgə səyləriilə iqlim dəyişikliklərinə effektiv şəkildə qarşı dura bilərik", -deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
30
2
az.trend.az

3Источники