RU

Azərbaycanın voleybol yığmalarının Avropa Liqalarındakı rəqibləri bəlli olub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın voleybol üzrə kişi və qadınlardan ibarət yığmalarının Qızıl və Gümüş Avropa Liqalarındakı rəqibləri müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasından (AVF) hafta.az-a verilən məlumata görə, reytinq cədvəlində 19-cu olan qadınlardan ibarət yığma Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya ilə üz-üzə gələcək.

Siyahıda 37-ci yerdə olan kişi komandası isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları ilə eyni qrupa düşüb.

Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin seçməsi mübarizə aparacaq. Reqlamentə əsasən, Gümüş Avropa Liqasında bir turnir cədvəli olacaq və ilk 2 yeri tutan komandalar finala vəsiqə qazanacaqlar. Final oyunları ev-səfər sistemi ilə keçiriləcək. Qızıl Avropa Liqasında da bir turnir cədvəli olacaq. Burada isə ilk 4 yeri tutan yığmalar “dördlər finalı”na yüksələcəklər.

Избранный
32
6
hafta.az

10Источники