Azərbaycandan turist səfərlərinə gedənlərin sayı artıb
Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 1 milyon 816,4 min nəfər olub.
Reyting.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.
Qeyd olunur ki, ölkə vətəndaşlarının 41,8 faizi Türkiyəyə, 20,7 faizi Rusiyaya, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər edib.
2023-cü ilin eyni dövrünə nisbətən İrana gedənlərin sayı 35,6 faiz, Rusiyaya gedənlərin sayı 14,1 faiz, Gürcüstana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 10,8 faiz artıb.
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.