RU

Hakim xəstəxanalıq olub və...

Amerika Müntəzəm Hokkey Liqasında keçirilən “Filadelfiya” – “Kolorado” matçının hakimi Mitç Daninq xoşagəlməz hadisə ilə üzləşib.

İdman.biz xəbər verir ki, o, matçın gedişində hokkeyçilərdən biri ilə toqquşub.

Yerə yıxılan hakimin başı buza dəyib. Uzun müddət hərəkətsiz qalan 32 yaşlı kanadalı referiyə ilk tibbi yardım göstərilib, ardınca Filadelfiyada xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra Daninq özünə gəlib.

Qeyd edək ki, matç “Filadelfiya”nın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

İdman.biz

Избранный
33
idman.biz

1Источники