RU

Əfsanəvi pop qrupunun iki üzvü bir həftə içində öldü

Əfsanəvi pop qrupunun “Bee Gees”in nağaraçısı Kolin Petersen noyabrın 17-də 78 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Musiqiçinin ölüm səbəbi açıqlanmır. Bu, “Bee Gees” qrupunun bir həftə ərzində ölən ikinci üzvüdür. Belə ki, noyabrın 14-də Britaniya-Avstraliya qrupunun keçmiş nağara ifaçısı Dennis Brion vəfat edib. Onun ölümünün səbəbləri də məlum deyil.
Kolin Petersen 1946-cı ildə Avstraliyanın Kvinslend şəhərində anadan olub və uşaq ikən filmlərdə rol alıb. 1966-cı ildə qrupla birlikdə İngiltərəyə köçüb və qrupun beş albomunun yazılmasında iştirak edib: “Bee Gees’ 1st”, “Horizontal”, “Idea”, “Odessa” və “Cumber Castle”. O, 1969-cu ildə qrupdan ayrılıb.
“Bee Gees” diskoteka hitləri 1977-ci ildə qrup “Stayin’ Alive” adlı mahnısı ilə “Saturday Night Fever” filminin soundtrackini buraxaraq dünya miqyasında uğur qazanıb.
Избранный
17
1
tribunainfo.az

2Источники