RU

Ölkələrə görə pensiya yaşı - 58, 65, 67...

Bir çox insan maliyyə azadlığına nail olmağı və işləməyi dayandıraraq rahat bir təqaüd dövrü keçirməyi arzulayır. Hər kəsin həyəcanla gözlədiyi təqaüd yaşı ölkədən ölkəyə fərqlənir. Bəzi ölkələrdə qadın və kişi işçilərinin təqaüdə çıxma yaşı eyni olsa da, bəzilərində qadınlar daha erkən təqaüdə çıxa bilirlər. Təqaüd yaşı müəyyən edilərkən ölkələrin iqtisadi və sosial vəziyyəti nəzərə alınır. 

Bəs hansı ölkələrdə təqaüd yaşı nə qədərdir?

Təqaüd yaşları müəyyən edilərkən çoxlu meyarlar nəzərə alınır. Ölkələrin cari vəziyyətinə uyğun olaraq təqaüd yaşları və şərtləri zamanla dəyişə bilər. Ölkənin ümumi iqtisadi vəziyyəti və əmək bazarının yaş ortalaması bu zaman nəzərə alınan əsas amillərdən biridir. Bir çox insan "Ən erkən təqaüd hansı ölkədədir?" sualının cavabını maraqla axtarır. Bununla yanaşı, toplanan sığorta haqqı və çalışma müddəti kimi amillər də fərdi şəkildə təqaüdə çıxmaq üçün müəyyən şərtlər təşkil edir.

Valyuta.az bəzi ölkələrdə pensiyaya neçə yaşda çıxıldığını təqdim edir:

Avropada təqaüd yaşı ölkədən-öykəyə fərqlənməkdə olsa da, ümumilikdə yüksək orta yaş diqqət çəkir. Avropadakı bəzi ölkələrdə təqaüd yaşı belə müəyyən edilib:

- Almaniya: Qadınlar və kişilər 66 və ya 67 yaşında təqaüdə çıxır.
- İtaliya: İtaliyada da təqaüd yaşı 66 və ya 67 yaşdır.
- Rusiya: Rusiyada qadınlar 60, kişilər isə 65 yaşında təqaüdə çıxır.

Amerika ölkələrində təqaüd yaşı da Avropaya bənzər şəkildə yüksəkdir:

- ABŞ: ABŞ-da sığortalı işçilər 65 yaşında təqaüdə çıxır. Ayrıca, az maaşla işləmək istəyənlər 62 yaşında da təqaüd maaşı ala bilərlər.

- Kanada: Kanadada da təqaüd yaşı 65-dir, amma 60 yaşında olanlar maaşlarının 30% azı ilə təqaüdə çıxmağa haqq qazanır.

Asiya ölkələrində təqaüd yaşı isə ölkələrin iqtisadi və demoqrafik vəziyyətinə görə dəyişir. Bir çox Asiya ölkəsində gənc əhalinin sayının azalması təqaüd yaşlarının artırılmasına səbəb ola bilər.

- Çin: Kişilər 60 yaşında təqaüdə çıxır, qadın məmurlar 55, mavi yaxalı işçilər isə 50 yaşında təqaüdə çıxır.

- Yaponiya: Yaponiya da 65 yaşında təqaüd verilir, lakin bəzi şirkətlər bu yaşı 70-ə qədər artırma imkanına malikdir.

- İndoneziya: İndoneziyada qadınlar və kişilər 58 yaşında təqaüdə çıxır.

Təqaüd yaşları, ümumiyyətlə ölkənin iqtisadi vəziyyətinə və sosial strukturuna uyğun olaraq dəyişir. Bəzi ölkələrdə təqaüd yaşı artır, bəzilərində isə daha aşağıdır.

Əvəz Həsənov

Избранный
14
valyuta.az

1Источники